Dortmund "Borussiya"sının baş məşqçisi dəyişib

Dortmund "Borussiya"sının baş məşqçisi dəyişib Hollandiyalı Peter Boşu "Köln"ün sabiq baş məşqçisi Peter Ştyoger əvəzləyib
Futbol
10 Dekabr , 2017 15:46
Dortmund Borussiyasının baş məşqçisi dəyişib

Bakı. 10 dekabr. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) futbol komandasının baş məşqçi postunda dəyişiklik baş verib.

"Report"un məlumatına görə, ardıcıl 8 oyun davam edən qələbəsizliyin ardından Peter Boş istefaya göndərilib.

Hollandiyalı mütəxəssisi "Köln"ün sabiq baş məşqçisi Peter Ştyoger əvəzləyib. Avstriyalı mütəxəssis və köməkçiləri ilə müqavilə 30 iyun 2018-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Peter Ştyogerin ilk iş yeri elə "Köln" olub. 51 yaşlı baş məşqçi Bundesliqada 14 oyunluq qələbəsizlikdən sonra qovulub. Peter Boş isə "Borussiya"ya iyundan rəhbərlik edirdi. 54 yaşlı mütəxəssis əvvəllər Hollandiya "Ayaks"ında çalışıb.

Son xəbərlər

Orphus sistemi