Dopinqə görə diskvalifikasiya olunan qapıçının cəzası azaldıldı

Dopinqə görə diskvalifikasiya olunan qapıçının cəzası azaldıldı İdman Arbitraj Məhkəməsi (CAS) Niderlandın "Ayaks" klubunun qapıçı Andre Onana ilə bağlı apelyasiya şikayətini qismən təmin edib.
Futbol
177
10 İyun , 2021 18:24
Dopinqə görə diskvalifikasiya olunan qapıçının cəzası azaldıldı
Andre Onana

İdman Arbitraj Məhkəməsi (CAS) Niderlandın "Ayaks" klubunun qapıçı Andre Onana ilə bağlı apelyasiya şikayətini qismən təmin edib.

"Report" CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, dopinqə görə 1 illik diskvalifikasiya olunmuş kamerunlu qolkiperin cəza müddəti 9 aya endirilib.

Daha əvvəl Amsterdam təmsilçisi 25 yaşlı oyunçunun müqaviləsini 2024-cü ilin iyulunadək uzatmışdı.

Qeyd edək ki, fevralın 5-də Andre Onananın qanında qadağan olunmuş furosemid maddəsi aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi