Domaqoy Vida: "Azərbaycan millisinin sıfır xalının olması komandanın real səviyyəsini göstərmir"

Domaqoy Vida: "Azərbaycan millisinin sıfır xalının olması komandanın real səviyyəsini göstərmir" Hazırlığa çox vaxtımız olmayıb. Rəqibin son matçını təhlil etmişik. Bu gün oyunöncəsi məşqə çıxacağıq.
Futbol
8 Sentyabr , 2019 18:46
Domaqoy Vida: Azərbaycan millisinin sıfır xalının olması komandanın real səviyyəsini göstərmir

"Hazırlığa çox vaxtımız olmayıb. Rəqibin son matçını təhlil etmişik. Bu gün oyunöncəsi məşqə çıxacağıq".

"Report"un məlumatına görə, bunları Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Türkiyənin "Beşiktaş" klubunun mərkəz müdafiəçisi bildirib ki, Bakıya qələbə qazanmaq üçün gəliblər: "Bir neçə il öncə bu rəqiblə qolsuz heç-heçə etmişdik. Bu il Zaqrebdə 2:1 hesabı ilə qalib gəldiyimiz oyunda da çətinlik çəkdik. Azərbaycan millisinin sıfır xalının olması komandanın real səviyyəsini göstərmir. Sabah maksimum dərəcədə yaxşı oynamalıyıq. 

Uelsə və Slovakiyaya qarşı kimi oynaya bilsək, müsbət nəticə qazanacağıq. Hazırda dünya reytinqində 2-ci yerdəyik, bura qələbə qazanmaq üçün gəlmişik. Ancaq rəqibə də hörmətlə yanaşırıq. Slovakiya ilə qarşılaşmanın dünya çempionatından sonra ən yaxşı oyunumuz olması fikri ilə razıyam. Amma biz keçmişlə yaşamamalıyıq".

Vidanın sözlərinə görə, Uelsin Azərbaycanı 2:1 hesabı ilə məğlub etdiyi görüşü tam izləməyiblər: "Müəyyən epizodlara baxdıq. Azərbaycan millisinin bəxtinin gətirmədiyini söyləyə bilərəm. Biz ilk növbədə öz oyunumuza köklənməliyik. Hələ Avropa çempionatına çox vaxt var. Bakı gözəl şəhərdir. AVRO-2020-yə vəsiqə qazanandan sonra qrup matçlarımızı burada keçirmək barədə düşünə bilərik".

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.

FOTO: Firi Səlim

Son xəbərlər

Orphus sistemi