Dmitri Nazarov komandasının aşağı liqaya düşməsinə münasibət bildirib

Dmitri Nazarov komandasının aşağı liqaya düşməsinə münasibət bildirib Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov komandasının II Bundesliqanı tərk etməsinə münasibət bildirib.
Futbol
2 May , 2022 10:14
Dmitri Nazarov komandasının aşağı liqaya düşməsinə münasibət bildirib

Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov komandasının II Bundesliqanı tərk etməsinə münasibət bildirib.

"Report"un "Stpauli24" nəşrinə istinadən məlumatına görə, 32 yaşlı hücumçu "Darmştadt"a 0:6 hesabı ilə uduzduqları XXXII tur oyunundan sonra bu barədə açıqlama verib.

Nazarov karyerasında ilk dəfə aşağı liqaya endiyini söyləyib: "Bu, məni çox incidir. Komandadakı yetkin kişilərin ağladığını görmək inanılmazdır. Amma 32 oyunda 23 xal toplayırsınızsa, çempionatı tərk etməyə layiqsiniz".

Qeyd edək ki, "Ertsgebirge" sona iki tur qalmış 23 xalla 17-ci pillədə qərarlaşıb. Aue təmsilçisi 31 xala malik "Dinamo" (Drezden) komandasına çatmaq şansını itirib.

Son xəbərlər

Orphus sistemi