"Dinamo" "Qəbələ"nin avrokubokda rəqibi olur

"Dinamo" "Qəbələ"nin avrokubokda rəqibi olur Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi Moskva Dinamosunun gənclər komandasının ölkə çempionu olduğunu təsdiqləyib.
Futbol
9 İyun , 2020 15:17
Dinamo Qəbələnin avrokubokda rəqibi olur

Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi Moskva "Dinamo"sunun gənclər komandasının ölkə çempionu olduğunu təsdiqləyib. 

"Report" qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, U-19 Liqası vaxtından əvvəl başa çatdırılıb və Moskva təmsilçisi çempion kimi tanınıb. 

RFS komandanın UEFA Gənclər Liqasında iştirak edəcəyini bildirib. 

Qeyd edək ki, Azərbaycanda "Qəbələ" klubunun U-19 komandası çempion elan edilib. "Dinamo"nun əsas komandasının Rusiya Premyer Liqasından Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə şansı az olduğu üçün 19 yaşlılar təsnifat mərhələsində Azərbaycan təmsilçisinə potensial rəqib olacaq. 

Son xəbərlər

Orphus sistemi