"Dinamo"nun baş məşqçisi derbidə Mahir Emreliyə şans verəcək
Futbol
- 10 mart, 2022
- 14:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Mahir bütün oyunçularla eyni statusdadır və mən şənbə günü derbidə ona şans verəcəyəm".
"Report"un məlumatına görə, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç "Hayduk"a qarşı keçirəcəkləri I liqanın oyunundan öncə mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis Mahir Emrelinin keyfiyyətli futbolçu olduğunu bildirib: "Bura yeni gələndə heç də yaxşı formada deyildi. Çünki uzun müddət komanda ilə məşqlərdən, oyunlardan kənar qalmışdı. Mən ona şans verə biləcəyim an axtarırdım. Düzdür, çox oyun buraxır. Amma mənim üçün hər bir futbolçu eynidir".
Qeyd edək ki, martın 12-də keçiriləcək "Hayduk" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Son xəbərlər
10:50
Səfir: Çin Azərbaycanın AQEM-də sədrliyinin davam etdirilməsini dəstəkləyir
Xarici siyasət
10:49
"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır!
Biznes
10:43
Foto
NETTY 2026 ərizə qəbulu elan edilib
Media
10:43
Avropa çempionu olan Aysel Əhmədli: "Finala çıxanda özümdə daha çox inam hiss etdim"
Fərdi
10:31
"Sabah" yarımmüdafiəçisi Zinəddin Uld Xaledlə yolları ayırıb
Futbol
10:29
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
Xarici siyasət
10:26
Sosial şəbəkələrdə böhtan və təhqirlə bağlı məhkəməyə müraciətin forması açıqlanıb
Hadisə
10:23
Ağır cinayətlərə görə axtarışda olan şəxs Gürcüstandan Türkiyəyə deportasiya edilib
Region
10:23
DSMF: 10 ayda sosial sığorta haqları üzrə daxilolmalar 5,8 % artıb
Maliyyə