Dieqo Maradona səhhəti ilə bağlı açıqlama verib

Dieqo Maradona səhhəti ilə bağlı açıqlama verib Bakı. 5 yanvar. REPORT.AZ/ Xəstəxanaya 59 yaşımda düşmüşdüm, 50 yaşımda tərk edirəm.
Futbol
5 Yanvar , 2019 12:22
Dieqo Maradona səhhəti ilə bağlı açıqlama verib

Bakı. 5 yanvar. REPORT.AZ/ "Xəstəxanaya 59 yaşımda düşmüşdüm, 50 yaşımda tərk edirəm".

"Report"un məlumatına görə, bunu Argentinanın paytaxtı Buenos-Ayresdəki xəstəxanadan evinə buraxılan Meksikanın "Dorados" komandasının baş məşqçisi Dieqo Maradona "Telam"a açıqlamasında deyib.

Əfsanəvi futbolçu qorxulu hadisənin baş vermədiyini bildirib. Təcrübəli mütəxəssis hazırda səhhətinin ideal vəziyyətdə olduğunu söyləyib: "Səhhətimlə bağlı söz-söhbətlər yaratmağa cəhd edən insanlar var. Onlar hər zaman olublar. İndi mən "Dorados"a qayıdıram".

Qeyd edək ki, Dieqo Maradona ötən gün mədəsində qanaxma diaqnozu ilə Buenos-Ayres xəstəxanasına çatdırılıb.

Daha əvvəl Maradonanın "Dorados"un düşərgəsinə qatılmadığına dair xəbərlər yayılıb. 

Son xəbərlər

Orphus sistemi