Maradona Meksika komandasından yoxa çıxıb

Maradona Meksika komandasından yoxa çıxıb Argentinalı mütəxəssisin kluba qayıdıb-qayıtmayacağı hələ bilinmir
Futbol
29 Dekabr , 2018 11:49
Maradona Meksika komandasından yoxa çıxıb
Dieqo Maradona

Bakı. 29 dekabr. REPORT.AZ/ Argentina milli komandasının sabiq futbolçusu Dieqo Maradona baş məşqçisi olduğu Meksika "Dorados"unun düşərgəsində bir neçə gündür görünmür.  

"Report"un "TyC Sports"a istinadən verdiyi məlumata görə, dekabrın 26-dan komandanın mövsümöncəsi məşqləri fiziki hazırlıq üzrə mütəxəssisin rəhbərliyi altında gerçəkləşir. Maradonanın kluba qayıdıb-qayıtmayacağı hələ bilinmir. Onun yeni transferlərdən və köməkçiləri ilə bitən müqavilənin uzadılması istiqamətində danışıqların aparılmamasından narazı olduğu deyilir. Argentinalı mütəxəssisin özünün "Dorados"la müqaviləsi 2019-cu ilin yayınadəkdir. 

Qeyd edək ki, Dieqo Maradona mayda Belarusun "Dinamo" (Minsk) klubunda İdarə Heyətinin sədri postunu tutub. Lakin Maradona orada da uzun müddət görünməyib. O, "Dorados"a sentyabrın 7-də baş məşqçi təyin olunub. 

Son xəbərlər

Orphus sistemi