Dəfn şirkəti İngiltərə klubunun sponsoru olub

Dəfn şirkəti İngiltərə klubunun sponsoru olub Bakı. 27 avqust. REPORT.AZ/ İngiltərə Çempionşipində çıxış edən Brentford klubu G Saville and Son Ltd dəfn agentliyi ilə tərəfdaşlıq müqaviləsi bağlayıb.
Futbol
27 Avqust , 2018 10:16
Dəfn şirkəti İngiltərə klubunun sponsoru olub
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ İngiltərə Çempionşipində çıxış edən "Brentford" klubu "G Saville and Son Ltd" dəfn agentliyi ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. 

"Report"un klubun "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, ritual şirkəti komandaya sponsorluq edəcək. Firmanın sahibi və meneceri Qrem Sevill "Brentford"un azarkeşidir. Kontoru 1875-ci ildə onun ulu babası təsis edib. Qrem və onun həyat yoldaşı Syu klubun idarə heyətinə keçiblər və dəfn direktorları olublar. 

Qeyd edək ki, hazırda İspaniyanın "Real Madrid" və İngiltərənin V Liqasında çıxış edən "Barnet" klubları da tematik dəfn xidmətləri göstərir. Almaniya "Şalke"sinin "Feltins Arena"nın yaxınlığında qəbiristanlığı var. Orada komandanın azarkeşləri dəfn olunub. 

Son xəbərlər

Orphus sistemi