DÇ-2026: İngiltərə Meksikaya qalib gələrək 1/4 finala adlayıb - YENİLƏNİB-7

Futbol
  • 06 iyul, 2026
  • 07:05
DÇ-2026: İngiltərə Meksikaya qalib gələrək 1/4 finala adlayıb - YENİLƏNİB-7

Futbol üzrə dünya çempionatında İngiltərə Meksika millisinə qalib gələrək 1/4 final mərhələsinə yüksəlib.

"Report"un məlumatına görə, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.

İngiltərə yığmasında Cud Bellinqem (36,38) və Harri Keyn (60-p.) fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones (42) və Raul Ximenez (69-p.) dəqiq zərbə müəllifi olublar.

İngiltərə millisinin növbəti mərhələdəki rəqibi Norveç seçməsi olacaq.

Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyununda beşinci qol vurulub.

"Report"un məlumatına görə, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında ev sahibləri hesab arasındakı fərqi azaldıblar - 2:3.

69-cu dəqiqədə Raul Ximenez penalti zərbəsindən maksimum yararlanıb.

Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyununda dördüncü qol vurulub.

"Report"un məlumatına görə, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi hesabdakı üstünlüyünü artırıb - 3:1.

60-cı dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirib.

Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi hesabda irəlidədir - 2:1.

Qarşılaşmanı avstraliyalı FIFA referisi Alireza Faqani idarə edir.

Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi hesabda irəlidədir - 2:1.

Qarşılaşmanı avstraliyalı FIFA referisi Alireza Faqani idarə edir.

Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında ev sahibləri hesab arasındakı fərqi azaldıblar - 1:2.

42-ci dəqiqədə Xulian Kinyones fərqlənib.

Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyununda 2 dəqiqəyə 2 qol vurulub.

"Report"un məlumatına görə, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi ardıcıl qollar vuraraq hesabda önə keçib - 2:0.

36 və 38-ci dəqiqələrdə Cud Bellinqem fərqlənib.

Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/8 final mərhələsinin matçı Mexiko stadionunda keçirilir.

Qarşılaşmanı avstraliyalı FIFA referisi Alireza Faqani idarə edir.