DÇ-2026: ABŞ pley-offa vəsiqə qazanan ilk yığma olub - YENİLƏNİB-4

Futbol
  • 20 iyun, 2026
  • 01:03
DÇ-2026: ABŞ pley-offa vəsiqə qazanan ilk yığma olub - YENİLƏNİB-4

Futbol üzrə dünya çempionatında ABŞ Avstraliya millisinə qalib gəlib.

"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Əvvəlcə avstraliyalıların heyətində Kameron Börces 11-ci dəqiqədə avtoqol müəllifi olub. 43-cü dəqiqədə isə Aleks Frimen yekun nəticəni müəyyənləşdirib.

Bununla da iki oyundan sonra maksimum nəticə göstərən amerikalılar mundialın pley-offuna vəsiqə qazanıblar.

Qeyd edək ki, bu qrupun digər oyununda, saat 07:00-da Türkiyə Paraqvayla üz-üzə gələcək.

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri hesabda öndədirlər - 2:0.

Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri fasiləyə üstün yollanıblar - 2:0.

Komanda birinci hissənin başa çatmasına az qalmış ikinci qolu vurub.

43-cü dəqiqədə Aleks Frimen ABŞ seçməsini fasiləyə 2:0 öndə yollayıb.

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri hesabı açıblar - 1:0.

11-ci dəqiqədə avstraliyalıların heyətində Kameron Börces avtoqol müəllifi olub.

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyunu başlayıb.

"Report"un məlumatına görə, D qrupunun II turunun matçı Sietl stadionunda keçirilir.

Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.