DÇ-2026: Kanadaya qalib gələn Mərakeş 1/4 finala yüksələn ilk komanda olub - YENİLƏNİB-5
- 04 iyul, 2026
- 23:04
Futbol üzrə dünya çempionatında Mərakeş Kanadaya qalib gəlib.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unahi fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.
Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.
82-ci dəqiqədə Azzedin Unahi dubl edib.
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.
50-ci dəqiqədə Azzedin Unahi adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyunu başlayıb.
"Report"un məlumatına görə, 1/8 final mərhələsinin matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.