DÇ-2022: Yaponiya rəqibini 14 cavabsız qolla məğlub etdi

DÇ-2022: Yaponiya rəqibini 14 cavabsız qolla məğlub etdi Yaponiya yığması F qrupunda Monqolustanın qonağı olub
Futbol
30 Mart , 2021 17:20
DÇ-2022: Yaponiya rəqibini 14 cavabsız qolla məğlub etdi

Futbol üzrə 2022-ci il dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsində II mərhələnin daha bir oyunu başa çatıb.

"Report"un məlumatına görə, Yaponiya yığması F qrupunda Monqolustanın qonağı olub.

Qarşılaşma yaponiyalıların 14:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə rəqibini 5 dəfə məyus edən "gündoğar ölkə" təmsilçisi ikinci yarıda daha 9 qol vurub.

Bu qələbə sayəsində xalını 15-ə çatdıran Yaponiya liderliyini davam etdirir. Monqolustan isə 3 xalla sonuncu - 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi