KİV: Şotlandiya - Ukrayna oyunu təxirə salınıb

KİV: Şotlandiya - Ukrayna oyunu təxirə salınıb Şotlandiya və Ukrayna yığmaları arasında dünya çempionatına vəsiqə uğrunda keçirilməli pley-off oyunu təxirə salınıb.
Futbol
8 Mart , 2022 14:17
KİV: Şotlandiya - Ukrayna oyunu təxirə salınıb

Şotlandiya və Ukrayna yığmaları arasında futbol üzrə 2022-ci il dünya çempionatına vəsiqə uğrunda keçirilməli olan pley-off oyunu təxirə salınıb.

"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, matçın yeni tarixi qarşıdakı 48 saat ərzində açıqlanacaq. Hələlik məsələ ilə bağlı rəsmi məlumat yoxdur.

Daha əvvəl görüşün martın 24-də Qlazqoda oynanılması planlaşdırılırdı. Digər yarımfinalda Uels və Avstriya yığmaları qarşılaşacaq.

Qeyd edək ki, Ukrayna Futbol Assosiasiyası ölkədəki müharibə ilə əlaqədar oyunun başqa vaxtda keçirilməsi üçün FIFA-ya müraciət edib.

Son xəbərlər

Orphus sistemi