DÇ-2022: Türkiyə millisi Monteneqronu, Portuqaliya İrlandiyanı qəbul edəcək

DÇ-2022: Türkiyə millisi Monteneqronu, Portuqaliya İrlandiyanı qəbul edəcək Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IV tura start veriləcək.
Futbol
477
1 Sentyabr , 2021 07:45
DÇ-2022: Türkiyə millisi Monteneqronu, Portuqaliya İrlandiyanı qəbul edəcək

Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IV tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 5 qrupda 13 qarşılaşma təşkil ediləcək.

A qrupunda yer alan Azərbaycan millisi Lüksemburqun qonağı olacaq. Qrupun digər matçında Portuqaliya və İrlandiya yığmaları üz-üzə gələcək.

Son dünya çempionu Fransa Bosniya və Herseqovinanı qəbul edəcək. D qrupunun digər görüşündə Qazaxıstan və Ukrayna komandaları görüşəcək.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi Monteneqronu qəbul edəcək. Qrupda həmçinin Norveç - Niderland, Latviya - Cəbəllütariq matçları da keçiriləcək.

DÇ-2022, seçmə mərhələ
IV tur
1 sentyabr

A qrupu

22:45. Lüksemburq - Azərbaycan

22:45. Portuqaliya - İrlandiya

Xal durumu: Portuqaliya - 7, Serbiya - 7, Lüksemburq - 3 (1), Azərbaycan - 0 (1), İrlandiya - 0

D qrupu

18:00. Qazaxıstan - Ukrayna

22:45. Fransa - Bosniya və Herseqovina

Xal durumu: Fransa - 7, Ukrayna -3, Finlandiya - 2, Bosniya və Herseqovina - 1, Qazaxıstan - 1

F qrupu

22:45. Danimarka - Şotlandiya

22:45. Farer adaları - İsrail

22:45. Moldova - Avstriya

Xal durumu: Danimarka - 9, Şotlandiya - 5, İsrail - 4, Avstriya - 4, Farer adaları - 1, Moldova - 1

G qrupu

22:45. Latviya - Cəbəllütariq

22:45. Norveç - Niderland

22:45. Türkiyə - Monteneqro

Xal durumu: Türkiyə - 7, Niderland - 6, Monteneqro - 6, Norveç - 6, Cəbəllütariq - 0

H qrupu

22:45. Rusiya - Xorvatiya

22:45. Malta - Kipr

22:45. Sloveniya - Slovakiya

Xal durumu: Xorvatiya - 6, Rusiya - 6, Slovakiya - 5, Kipr - 4, Sloveniya - 3, Malta - 1

Son xəbərlər

Orphus sistemi