Serbiya millisinin kapitanı Bakıdan "Mafiya" ilə getdi - FOTO

Serbiya millisinin kapitanı Bakıdan "Mafiya" ilə getdi - FOTO "Bu, demək olar ki, "köhnə məktəb"dir
Futbol
31 Mart , 2021 10:22
Serbiya millisinin kapitanı Bakıdan Mafiya ilə getdi - FOTO

Azərbaycanla eyni qrupda yer alan Serbiya millisinin 2022-ci il dünya çempionatınınn seçmə mərhələsinə uğurlu başlanğıcının səbəbi "Mafiya" oyunu olub.

"Report"un məlumatına görə, komandanın ulduz futbolçuları Aleksandar Mitroviç və Duşan Tadiç bununla əlaqədar federasiyanın rəsmi saytına maraqlı açıqlamalar veriblər.

İngiltərənin "Fulhem" klubunda oynayan Mitroviç yığmanın heyətində mobil telefonun daha az əhəmiyyət kəsb etdiyini bildirib: "Bizim öz oyunumuz var. Bu, "Mafiya"dır. Bütün heyət oynayır. Çox mürəkkəbdir, amma hamımız oynayırıq".

Komandanın kapitanı, Niderland "Ayaks"ında çıxış edən Tadiç isə "Mafiya" oyununda "vəkillər"in, "detektivlər"in, "quldur"larin və digər şəxslərin olduğunu söyləyib: "Hamı öz biletini alır. Quldurlar tapılmalıdır. Çox qəlizdir, yetərincə yalanlar danışılır. Nə qədər çox şəxs olsa, o qədər maraqlıdır. Hər gün, nahar və şam yeməyindən sonra təyyarədə oynayırıq. Təxminən 20 oyunçu davamlı olaraq iştirak edir. Kollektivdaxili ab-hava baxımından çox yaxşı oyundur. Telefonları kənara tullayırıq, əsasən internetin olmadığı otaqda oynayırıq. Bu səbəbdən, bizə mesaj gəlmir. Bu, demək olar ki, "köhnə məktəb"dir. Paltardəyişmə otağında atmosfer möhtəşəmdir".

Tadiç Bakıda müsahibə verdiyi vaxt "Mafiya" oyunu üçün kartların olduğu qutunu da paylaşıb.

Qeyd edək ki, Serbiya millisi DÇ-2022-nin seçmə mərhələsinin III turunda Bakıda Azərbaycanı 2:1 hesabı ilə məğlub edib. Komanda hazırda Portuqaliya ilə birlikdə 7 xalla A qrupunda ilk iki pilləni bölüşür.

Duşan Tadiç
Duşan Tadiç

Son xəbərlər

Orphus sistemi