DÇ-2022: Oyundan kənar vəziyyət üçün yeni sistemdən istifadə ediləcək

DÇ-2022: Oyundan kənar vəziyyət üçün yeni sistemdən istifadə ediləcək Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında oyundan kənar vəziyyətləri müəyyən etmək üçün yarımavtomatik VAR sistemindən istifadə olunacaq.
Futbol
1 İyul , 2022 12:43
DÇ-2022: Oyundan kənar vəziyyət üçün yeni sistemdən istifadə ediləcək

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında oyundan kənar vəziyyətləri müəyyən etmək üçün yarımavtomatik VAR sistemindən istifadə olunacaq.

"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, hakimlərə ofsaydları tez müəyyən etməyə köməklik göstərəcək.

Sistem avtomatik olaraq topun yerini müəyyənləşdirir və oyunçuların mövqeyinin üçölçülü modellərini yaradır.

Yeni texnologiyada topu izləmək üçün 12 xüsusi kameradan istifadə ediləcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi