DÇ-2022: Mundial vaxtından əvvəl başlaya bilər

DÇ-2022: Mundial vaxtından əvvəl başlaya bilər Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı nəzərdə tutulan vaxtdan tez başlaya bilər.
Futbol
10 Avqust , 2022 12:58
DÇ-2022: Mundial vaxtından əvvəl başlaya bilər

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı nəzərdə tutulan vaxtdan əvvəl başlaya bilər.

"Report" "Marca"ya istinadən xəbər verir ki, FIFA Qətər və Ekvador arasındakı açılış matçını bir gün əvvəl - noyabrın 20-də keçirmək istəyir.

Mümkün dəyişikliyin səbəbi açıqlanmayıb. Məsələ ali futbol qurumunun prezidenti Canni İnfantino və konfederasiya rəhbərlərinin iştirakı ilə baş tutacaq səsvermənin nəticələrinə əsasən həllini tapacaq.

Qeyd edək ki, DÇ-2022-nin noyabrın 21-dən dekabrın 18-dək keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi