DÇ-2018: Səudiyyə Ərəbistanı millisinin yekun heyəti müəyyənləşib
- 04 iyun, 2018
- 06:49
Bakı. 4 iyun. REPORT.AZ/ Futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
“Report” Səudiyyə Ərəbistanı Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Xuan Antonio Pitsi 3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi və 3 hücumçunu mundialda iştirak edəcək heyətə daxil edib.
Qapıçılar: Məhəmməd əl-Ovays (“Əl-Əhli”, Ciddə), Abdulla əl-Mayyuf (“Əl-Hilal”), Yasser əl-Mosaylem (“Əl-Əhli”)
Müdafiəçilər: Osama Xavsavi, Yasser əl-Şahrani, Məhəmməd əl-Burayk, Əli əl-Bulaihi (hamısı “Əl-Hilal”), Mansur əl-Hərbi, Motaz Xavsavi (hər ikisi “Əl-Əhli”), Ömər Xavsavi (“Əl-Nəsr”)
Yarımmüdafiəçilər: Salman əl-Fərəc, Abdulla Otaif, Abdulmalik əl-Haibri (hamısı “Əl-Hilal”), Salem əl-Dosari (“Vilyarreal”, İspaniya), Hattan Bahebri, Hüseyn əl-Mafhavi, Abdulla əl-Haybari, Məhəmməd Kano (hamısı “Əl-Şabab”), Yəhya əl-Şeri (“Leganes”, İspaniya), Taysir əl-Cassim (“Əl-Əhli”)
Hücumçular: Mohannad Asseri (“Əl-Əhli”), Məhəmməd əs-Saxlavi (“Əl-Nəsr”), Fahad əl-Muvallad (“Levante”, İspaniya)
Qeyd edək ki, dünya çempionatının Moskvada baş tutacaq açılış oyunu iyunun 14-də meydan sahibi Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasında olacaq. A qrupunda yer alan Xuan Antonio Pitsinin rəhbərlik etdiyi kollektiv iyunun 20-də Rostov-Donda Uruqvay, iyunun 25-də isə Volqoqradda Misirlə qarşılaşacaq.