DÇ-2018: Portuqaliya Ronaldunun het-triki sayəsində İspaniya ilə heç-heçə edib

DÇ-2018: Portuqaliya Ronaldunun het-triki sayəsində İspaniya ilə heç-heçə edib Bakı. 15 iyun. REPORT.AZ/ Futbol üzrə İspaniya milli komandası DÇ-2018-in B qrupnun birinci matçında Portuqaliya üzərində qələbə qazana bilməyib.
Futbol
15 İyun , 2018 23:52
DÇ-2018: Portuqaliya Ronaldunun het-triki sayəsində İspaniya ilə heç-heçə edib

Bakı. 15 iyun. REPORT.AZ/ Futbol üzrə İspaniya milli komandası DÇ-2018-in "B" qrupnun birinci matçında Portuqaliya üzərində qələbə qazana bilməyib.

“Report” xəbər verir ki, Soçi şəhərinin "Fişt" stadionunda baş tutan görüş 3:3 hesabı ilə yekunlaşıb.

Matçda ilk qolun müəllifi portuqaliyalıların hücumçusu Kriştianu Ronaldu olub. O, 4-cü dəqiqədə özünə qarşı edilən kobudluğa görə təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Hissənin ortalarında ispanların forvardı Diyeqo Kosta hesabı barabərləşdirib. Fasiləyə qədər Ronaldu dublunu rəsmiləşdirib. İkinci hissənin əvvəlində Kosta yenidən hesabda tarazlıq yaradıb. 58-ci dəqiqədə isə Xose İqnasio Naço İspanları hesabda irəli çıxarıb. Matçda son nöqtəni ikinci hissənin sonlarında cərimə zərbəsindən fərqlənən Ronaldu qoyub.

İkinci turda İspaniya İran, Portuqaliya isə Mərakeşlə qarşılaşacaq. Hər iki oyun iyunun 20-də keçiriləcək.

DÇ-2018 – final mərhələsi. B qrupu. 1-ci tur

Portuqaliya - İspaniya - 3:3

Qollar: 1:0 – Ronaldu – 4 (pen), 1:1 – Kosta – 24, 2:1 – Ronaldu – 44, 2:2 – Kosta – 55, 2:3 – Naço – 58, 3:3 – Ronaldu – 88

Son xəbərlər

Orphus sistemi