Davor Şuker FİFA-nın işindən narazıdır

Davor Şuker FİFA-nın işindən narazıdır Moskva. 2 iyul. REPORT.AZ / Pul futbol üçün çox önəmlidir, amma ona lazım olan yeganə şey deyil.
Futbol
2 İyul , 2018 10:05
Davor Şuker FİFA-nın işindən narazıdır
0 : 00
0 : 00

Moskva. 2 iyul. REPORT.AZ / "Pul futbol üçün çox önəmlidir, amma ona lazım olan yeganə şey deyil".

Bunu "Report"un Rusiya bürosuna Xorvatiya Futbol İttifaqının (NHS) prezidenti, 1998-ci il dünya çempionatının bürünc mükafatçısı Davor Şuker deyib.

O bildirib ki, bir çox komanda Rusiyadakı dünya çempionatına kifayət qədər hazır deyil: "Bu çempionatda favoritlər qələbə qazana bilmir. Onlarda nəsə baş verib. Mənə elə gəlir ki, Almaniya, Argentina və digər uduzan nəhənglərin hazırlığı keyfiyyəti qənaətbəxş deyil".

Şuker yığmaların bir çox problemlərini onların liderlərinin çox məşğul olmaları ilə izah edib.

NHS prezidenti düşünür ki, UEFA və FİFA futbolu canlandırmaq barədə düşünməlidir: "Mən UEFA Rəyasət Heyətində təmsil olunuram və orada bu barədə danışacağıq".

Son xəbərlər

Orphus sistemi