Dani Kintana: "Emrelinin Belçikadan təklifi var idi, ona Polşanı məsləhət gördüm"

Dani Kintana: "Emrelinin Belçikadan təklifi var idi, ona Polşanı məsləhət gördüm" "Polşa Ekstraklasası Azərbaycan çempionatından daha yaxşıdır. Burada yaxşı oynasan, səni Almaniya, Avstriya və İspaniyada görürlər. Azərbaycanda isə heç kim səni izləmir".
Futbol
19 Oktyabr , 2021 09:28
Dani Kintana: Emrelinin Belçikadan təklifi var idi, ona Polşanı məsləhət gördüm
Dani Kintana

"Polşa Ekstraklasası Azərbaycan çempionatından daha yaxşıdır. Burada yaxşı oynasan, səni Almaniya, Avstriya və İspaniyada görürlər. Azərbaycanda isə heç kim səni izləmir. Orada olduğum vaxt çempionatda qol vuranda sevinmirdik. Amma burada hər bir oyun bayramdır".

"Report"un məlumatına görə, bu fikirləri Polşanın "Yagelloniya" klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Dani Kintana "Weszlo" nəşrinə müsahibəsində deyib.

34 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisində oynamağın hazırkı klubuna nisbətən daha çətin olduğunu bildirib: "Hər bir komanda səninlə oyunlarda müdafiə oluunur. Orada ən yaxşı idik. İlk iki ildə böyük xal üstünlüyünə sahib olduq, ardıcıl 16 oyunda qələbə qazandıq. Amma oynamaq həqiqətən çətindir. "Qarabağ"ın mütəşəkkil komanda olduğunu vurğulamalıyam. Yakub Jezniçak məndən klub barədə soruşanda da eyni sözləri dedim. Sonra haqlı olduğumu etiraf etdi".

İspaniyalı oyunçu hazırda Polşa "Legiya"sının formasını geyinən Mahir Emreli haqqında da danışıb: "O, böyük fiziki potensiala malik idi və daşdan da sərt idi. 17 yaşında idi və hər halda ona diqqət yetirməli idim. Çox ağır və dinamik oynayırdı. Aqressiv deyildi, sadəcə güclü idi. "Legiya" ilə müqavilə bağlayanda fikrimi soruşdu. Belçikadan da təklifi var idi, buraya gəlməsini məsləhət gördüm. Ona dedim ki, "Legiya"da çempionluq uğrunda mübarizə aparacaqsan, avrokuboklar olacaq".

Emrelinin "top-5" liqalarda oynamaq şansının olduğunu deyən Kintananın fikrincə, azərbaycanlı hücumçu Polşa liqasına 18-19 yaşında gəlməli idi: "Mahir həmin vaxt ona yaxşı maaş verən və avrokuboklarda daimi mübarizə aparan klubda idi. Böyük ehtimalla, buna görə uzun müddət Azərbaycanda qaldı".

Təcrübəli oyunçu "köhlən-atlar"ın keçmiş üzvü Yakub Jezniçakdan da danışıb: "Jezniçak əla futbolçudur. Çox inamlı və möhkəmdir. Həmişə yaxşı oynayırdı və hamımız onun "Qarabağ"la müqaviləsini yeniləməməsinə təəccübləndik. Hətta bir neçə matç keçirməyəndə və sonradan oyuna daxil olmayanda inciməyib. Daha sonra klubda onun müqaviləsinin uzatmamağın səhv olduğunu və Jezniçaka yaxşı əvəzləyici tapa bilmədiklərini başa düşdülər".

Kintana Donald Geryenin yumoristik şəxs olduğunu sözlərinə əlavə edib: "Çox gülməli insandır. Onun qarşısında gülümsəməmək mümkün deyil. Onun inanılmaz imkanları var və ən yüksək səviyyədə oynaya bilərdi. Hətta La Liqa komandasından danışıram. Problem onun özündə idi. Geryeyə deyirdim ki, niyə baş məşqçini dinləmirsən, niyə məşqləri buraxırsan? Onu əsəbiləşdirməyin yolu yoxdur. Gülməyə başlayırdı, sən də gülürsən və müsbət enerji yaranır".

Son xəbərlər

Orphus sistemi