"Sabah"ın Müşahidə Şurasının üzvü: "Şeydayevin gəlişi geriyə addımdır"

"Sabah"ın Müşahidə Şurasının üzvü: "Şeydayevin gəlişi geriyə addımdır" Sabahın Müşahidə Şurasının üzvü İqor Ponomaryov Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin yenidən ölkəyə qayıdışını şərh edib.
Futbol
24 Fevral , 2020 15:21
Sabahın Müşahidə Şurasının üzvü: Şeydayevin gəlişi geriyə addımdır
İqor Ponomaryov

"Sabah"ın Müşahidə Şurasının üzvü İqor Ponomaryov Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin yenidən ölkəyə qayıdışını şərh edib.

Veteran futbolçu "Report"a açıqlamasında Şeydayevin bu keçidi Şeydayev üçün geriyə addım kimi dəyərləndirib. 

60 yaşlı mütəxəssisin fikrincə, 24 yaşlı hücumçu daha yaxşı çempionata yollanmalı idi: "Təbii ki, Ramilin Azərbaycana qayıdışı geriyə addımdır. Daha səviyyəli çempionata getsəydi, yaxşı olardı. Amma digər tərəfdən, Ramil "Sabah"da oyun praktikası qazanacaq. Bilirsiniz ki, bu baxımdan əziyyət çəkir. Formasını bərpa etdikdən sonra qollar vurmağa başlayacaq. Ümid edirəm ki, hər şey yaxşı olacaq və futbolçu Avropaya daha güclü qayıdacaq".

İ.Ponomaryov bildirib ki, vaxtilə Azərbaycan millisinin formasını geyinmiş və agentlik fəaliyyəti ilə də məşğul olmuş oğlu Anatoli Ponomaryov Şeydayevin yenidən legioner həyatı yaşamasında heç bir rol oynamayıb: "Anatoli, demək olar ki, agentliklə məşğul olmur. Düzdür, bir neçə futbolçusu var, amma özü başqa sahədə çalışır. Bu işlərlə məşğul olmağa vaxtı yoxdur".

Qeyd edək ki, qış fasiləsində Rusiyanın "Dinamo" (Moskva) komandasından ayrılan Şeydayev "Sabah"la mövsümün sonuna qədər müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi