Daha bir baş məşqçi Rusiyanın “Ararat” komandasını tərk edib
Futbol
- 26 oktyabr, 2017
- 11:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 oktyabr. REPORT.AZ/ Rusiyanın “Ararat” futbol komandasında cari mövsümdə ikinci dəfə baş məşqçi istefası gerçəkləşib. “Report” Moskva təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Aleksandr Qriqoryan öz istəyi ilə postunu tərk edib.
50 yaşlı mütəxəssis bu addımı inkişaf etmək və irəli getmək üçün atdığını söyləyib.
Qeyd edək ki, Aleksandr Qriqoryan “Ararat”ın baş məşqçi postunda iyunun 30-da ailə vəziyyəti ilə əlaqədar istefa verən Sergey Bulatovu əvəzləmişdi. Qriqoryan "Anji"ni tərk etdikdən sonra bu vəzifəyə təyin olunmuşdu. II Liqanın Mərkəz zonasında çıxış edən Moskva klubu hazırda 14 oyundan 38 xal toplamaqla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Son xəbərlər
12:13
İspaniya sahillərində tanker qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
Digər ölkələr
12:12
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Ekologiya
12:09
Lənkəranda fərdi ev tamamilə yanıb
Hadisə
12:02
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
Xarici siyasət
12:00
Britaniya Ukraynada külək elektrik stansiyasının tikintisinə 11,3 milyon avro ayıracaq
Digər ölkələr
11:51
Polis ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng və 3 avtomat aşkarlayıb
Hadisə
11:44
Foto
Azərbaycan İdman Akademiyasında IV Beynəlxalq Elmi-Praktik Konfrans təşkil edilib
Fərdi
11:44
Yeni texniki reqlament layihələri təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim edilib
Biznes
11:42
Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb
Digər ölkələr