Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu komandalar müəyyənləşəcək - AFİŞA

Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu komandalar müəyyənləşəcək - AFİŞA Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Futbol
28 Avqust , 2019 07:14
Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu komandalar müəyyənləşəcək - AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, cavab oyunlarına çərçivəsində 3 qarşılaşma baş tutacaq və qrup mərhələsinə vəsiqə qazanan son komandalar müəyyənləşəcək.

"Qarabağ"ı III raundda mübarizədən kənarlaşdıran Kipr APOEL-i səfərdə Hollandiya çempionu "Ayaks"la üz-üzə gələcək. Belçikanın “Brügge” kollektivi evdə Avstriyanın LASK komandası ilə qarşılaşacaq. Çexiya Slaviyası isə Rumıniyanın ÇFR kollektivini qəbul edəcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları


23:00. “Brügge” (Belçika) – LASK (Avstriya)

İlk oyun - 1:0

23:00. “Slaviya” (Çexiya) – ÇFR (Kluj, Rumıniya)

İlk oyun - 1:0

23:00. “Ayaks” (Hollandiya) – APOEL (Kipr)

İlk oyun - 0:0

Son xəbərlər

Orphus sistemi