Çində milliləşdirilmiş oyunçular legioner statusundan çıxarılıb

Çində milliləşdirilmiş oyunçular legioner statusundan çıxarılıb Çin Futbol Assosiasiyası (CFA) milliləşdirilmiş oyunçuların statusuna aydınlıq gətirib.
Futbol
1 Yanvar , 2020 12:16
Çində milliləşdirilmiş oyunçular legioner statusundan çıxarılıb

Çin Futbol Assosiasiyası (CFA) milliləşdirilmiş oyunçuların statusuna aydınlıq gətirib.

"Report" "Titan Sport Plus"a istinadən xəbər verir ki, 2020-ci il mövsümündə bütün belə futbolçular ölkədə legioner sayılmayacaqlar.

Daha əvvəl Çində futbolçular üçün əmək haqqı məhdudiyyəti qoyulub. Şərtlər isə xarici və yerli oyunçular üçün fərqli olub. Habelə, legionerlərə limit formulunda dəyişikliklər edilib.

Qeyd edək ki, 2019 mövsümündə Çin çempionluğunu 30 oyundan 72 xal yığan "Quançjou Everqrand" qazanıb. "Beytszin Qoan" 70 xalla ikinci, "Şanxay SİPQ" isə 66 xalla 3-cü yeri tutub.

Son xəbərlər

Orphus sistemi