Çin klubu Slovakiya yığmasının kapitanı ilə müqavilə imzalayıb

Çin klubu Slovakiya yığmasının kapitanı ilə müqavilə imzalayıb Bakı. 18 fevral. REPORT.AZ/ Çinin “Dalyan İfan klubu İtaliya Napolisinin futbolçusu Marek Hamşikin keçidini rəsmiləşdirib.
Futbol
18 Fevral , 2019 15:02
Çin klubu Slovakiya yığmasının kapitanı ilə müqavilə imzalayıb

Bakı. 18 fevral. REPORT.AZ/ Çinin “Dalyan İfan" klubu İtaliya "Napoli"sinin futbolçusu Marek Hamşikin keçidini rəsmiləşdirib. 

"Report" klubun "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Çin təmsilçisi 32 yaşlı slovakiyalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Slovakiya yığmasının kapitanı 3 illik müqaviləyə qol çəkib.  

Daha əvvəl klubun keçid üçün "Napoli"yə 25 milyon avro ödəyəcəyi bildirilib. 

Qeyd edək ki, Hamşik 2007-ci ildən “Napoli”də çıxış edir. Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Slovakiya ilə iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi