KİV: Marek Hamşik Çində 27 milyon avro qazanacaq

KİV: Marek Hamşik Çində 27 milyon avro qazanacaq Bakı. 4 fevral. REPORT.AZ/ İtaliyanın “Napoli” klubunun futbolçusu Marek Hamşikin Çin təmsilçisi “Dalyan İfan”a keçidinin təfərruatı məlum olub.
Futbol
4 Fevral , 2019 20:11
KİV: Marek Hamşik Çində 27 milyon avro qazanacaq

Bakı. 4 fevral. REPORT.AZ/ İtaliyanın “Napoli” klubunun futbolçusu Marek Hamşikin Çin təmsilçisi “Dalyan İfan”a keçidinin təfərruatı məlum olub.

“Report” xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Slovakiya yığmasının 31 yaşlı yarımmüdafiəçisi yeni klubu ilə 3 illik müqavilə bağlayacaq. O, bu müddətdə 27 milyon avro qazanacaq.

“Dalyan İfan”nın Hamşikin keçidi üçün “Napoli”yə 25 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Hamşik 2007-ci ildən “Napoli”də çıxış edir. Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Slokaviya ilə iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi