​Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəni məğlub edib

​Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəni məğlub edib Yığma qrup lideri kimi Avropa çempionatının promofinalına yüksəlib
Futbol
9 Avqust , 2015 21:58
​Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəni məğlub edib

Bakı. 9 Avqust. REPORT.AZ/ Bu gün çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində keçirilən Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsi çərçivəsində İngiltərə ilə qarşılaşıb.

"Report" xəbər verir ki, gərgin keçən matç 6:5 hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatıb.

Oyunda Orxan Məmmədov, Asif Zeynalov, Sabir Allahquliyev, Ramil Əliyev, Elçin Qasımov və Renat Sultanov, rəqib komandadan isə Templ, Dey (3 qol) və Evans fərqlənib.

Avroliqa 2015. Divizion "V"

1-ci qrup

1. Azərbaycan - 8 (+9)

2. Rumıniya - 4 (-1)

3. İngiltərə - 3 (-2)

4. Moldova - 0 (-6)

2-ci qrup

1. Türkiyə - 9 (+13)

2. Norveç - 6 (+3)

3. Çexiya - 3 (-5)

4. Andorra - 0 (-11)

Bütün qrup mərhələsi oyunlarının nəticələri

7 avqust

Çexiya – Norveç - 6:9

İngiltərə – Moldova - 5:3

Andorra – Türkiyə - 0:5

Rumıniya – AZƏRBAYCAN - 2:6

8 avqust

Çexiya – Andorra - 5:3

İngiltərə – Rumıniya - 2:5

Türkiyə – Norveç - 7:3

AZƏRBAYCAN – Moldova - 4:0

9 avqust

Norveç – Andorra - 4:0

Moldova – Rumıniya - 3:3 pen. 2:3

Türkiyə – Çexiya - 6:2

AZƏRBAYCAN - İngiltərə - 6:5

Son xəbərlər

Orphus sistemi