Çexiyalı mütəxəssis: "Qarabağ" çətin rəqibdir, onlara hörmət etmək lazımdır"

Çexiyalı mütəxəssis: "Qarabağ" çətin rəqibdir, onlara hörmət etmək lazımdır" "Qarabağ" çətin rəqibdir. "Viktoriya"nı asan qarşılaşma gözləmir. Rəqibə hörmət etmək lazımdır".
Futbol
23 Avqust , 2022 15:47
Çexiyalı mütəxəssis: Qarabağ çətin rəqibdir, onlara hörmət etmək lazımdır

"Rəqibə hörmət etmək lazımdır".

"Report"un məlumatına görə, bunu "Çexiya"nın "Viktoriya" komandasının sabiq baş məşqçisi Karel Kreyçi Plzendə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı "iSport" nəşrinə açıqlamasında deyib.

54 yaşlı mütəxəssis "köhlən atlar"ın güclü komanda olduğunu bildirib: "Onların baş məşqçisi Qurban Qurbanov uzun illərdir oradadır. "Qarabağ" evdə və səfərdə eyni üslubda oynamağa çalışır. "Viktoriya" dolu tribunalar önündə oynayacaq".

Çexiyalı sabiq baş məşqçi meydan sahiblərini təcrübəli oyunçulardan ibarət olduğunu söyləyib: "Cəzalı durumda olan kapitan Lukaş Heydanın rolunu başqa oyunçu öz üzərinə götürməlidir. Çexiya klubu Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün hər şeyə sahibdir. Komanda ev amilindən, standart vəziyyətlərdən mütləq yararlanmalıdır. "Viktoriya" səfərdəki ilk görüşdə də yaxşı təsir bağışlamışdı".

Bu gün "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi