Çexiyalı futbolçu Avropa Liqası matçından sonra döyüldü

Çexiyalı futbolçu Avropa Liqası matçından sonra döyüldü Komanda polislərin müşayiəti ilə avtobusa minib
Futbol
19 Mart , 2021 09:25
Çexiyalı futbolçu Avropa Liqası matçından sonra döyüldü

Çexiyanın "Slaviya" (Praqa) klubunun futbolçusu Ondrjey Kudela Avropa Liqasının 1/8 finalında Şotlandiyada "Reyncers"i 2:0 hesabı ilə məğlub etdikləri cavab matçından sonra tuneldə döyülüb.

"Report" "Seznam Zpravy" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı çexiyalı müdafiəçini döyən şəxsin kimliyi hələ bəlli deyil.

"Slaviya" klubu hadisədən sonra polis çağırıb. Komanda polislərin müşayiəti ilə avtobusa minib.

Kudelanın oyun vaxtı rəqib futbolçu Qlen Kamaraya qarşı iqrçi ifadələr işlətdiyi iddia edilir.

Qeyd edək ki, ilk matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən "Slaviya" 1/4 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi