Çexiya millisinin sabiq futbolçusu 15 ay müddətinə həbs edilib

Futbol
  • 07 fevral, 2019
  • 14:33
Çexiya millisinin sabiq futbolçusu 15 ay müddətinə həbs edilib

Bakı. 7 fevral. REPORT.AZ/ Çexiya milli komandasının sabiq futbolçusu Tomaş Rjepka 15 ay müddətinə həbs edilib.

"Report" "Frans-Press"ə istinadən xəbər verir ki, 45 yaşlı sabiq müdafiəçi fırıldaqçılığa görə azadlıqdan məhrum olunub. 

Rjepka 2016-cı ildə ona məxsus olmayan avtomobili bir qadına satıb. 45 yaşlı sabiq oyunçunun vəkili hökmdən şikayət edib.

Rjepkaya 2018-ci ildə keçmiş həyat yoldaşının adından internetdə intim videolar yerləşdirdiyi üçün 6 ay müddətinə həbs cəzası verilib. O, 2015 və 2016-cı illərdə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.

Qeyd edək ki, İngiltərənin "Vest Hem" və İtaliyanın "Fiorentina" komandalarında da çıxış etmiş Tomaş Rjepka Çexiya yığmasında 46 oyunda bir qol vurub.