Çempionlar Liqasının qrup mərhələsində turun ən yaxşı qolu müəyyənləşib - VİDEO

Çempionlar Liqasının qrup mərhələsində turun ən yaxşı qolu müəyyənləşib - VİDEO Edin Cekonun İngiltərədə “Çelsi” ilə görüşdə vurduğu qol ən yaxşı seçilib
Futbol
23 Oktyabr , 2017 15:57
Çempionlar Liqasının qrup mərhələsində turun ən yaxşı qolu müəyyənləşib - VİDEO

Bakı. 23 oktyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III turun ən yaxşı qolu müəyyənləşib.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliyanın “Roma” komandasının futbolçusu Edin Cekonun İngiltərədə “Çelsi” ilə görüşün 64-cü dəqiqəsində vurduğu qol ən yaxşı seçilib. Bosniya və herseqovinalı hücumçunun 3:3 hesabı ilə başa çatan oyunda baxımlı zərbəsi səslərin 25 faizini toplayıb.

“Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniçin Portuqaliya “Sportinq”ini 2:1 hesabı ilə yendikləri matçın 29-cu dəqiqəsində vurduğu qol səslərin 24 faizini toplamaqla 2-ci, Rusiya “Spartak”ının futbolçusu Denis Qulaşkovun İspaniya “Sevilya”sına 5:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın 67-ci dəqiqəsində vurduğu qol isə 20 faiz səslə 3-cü olub.

Qeyd edək ki, Edin Ceko II turda Bakıda “Qarabağ”la oyunda da fərqlənib. O, italiyalıların 2:1 hesablı qələbə qazandıqları matçın 15-ci dəqiqəsində ikinci qolu vurub.

Son xəbərlər

Orphus sistemi