Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları başlayır - AFİŞA

Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları başlayır - AFİŞA Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun oyunlarına start veriləcək.
Futbol
255
11 Dekabr , 2018 08:03
Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları başlayır - AFİŞA

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun oyunlarına start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray” evdə Portuqaliya "Portu”su ilə münasibətlərə aydınlıq gətirəcək. İstanbul təmsilçisi növbəti mərhələ şanslarını itirsə də, Avropa Liqasında mübarizəni davam etdirməyə çalışacaq. "Sarı-qırmızılar” qələbə qazanacağı təqdirdə, digər oyunun nəticəsindən aslı olmayaraq Avroliqada 1/16 finala yüksələcək. Qrupun digər matçında "Şalke” Almaniyada Rusiya "Lokomotiv”i ilə qarşılaşacaq.

Günün maraqla gözlənilən dueli İngiltərədə olacaq. "Liverpul” İtaliya "Napoli”si ilə üz-üzə gələcək. Neapol klubu heç-heçə etsə, növbəti mərhələyə yüksələcək. Qrupun digər matçında Fransa PSJ-si Serbiyada "Srvena Zvezda”nın qonağı olacaq. Parislilər qələbə sayəsində 1/8 finalı təmin edəcək.

Sonuncu tur İtaliyanın "İnter” və İngiltərənin "Tottenhem” komandaları üçün də həlledici olacaq. İtalyanlar növbəti mərhələyə yüksəlmək üçün evdə Hollandiyanın PSV komandasına qalib gəlməli və londonluların İspaniyada "Barselona” ilə görüşdə xal itirməsinə ümid etməlidir.

Çempionlar Liqası, VI tur

11 Dekabr

A Qrupu

00:00. "Monako" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)

00:00. "Brügge" (Belçika) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Atletiko" - 12, "Borussiya" - 10, "Brügge" - 5, "Monako" - 1.

B Qrupu

00:00. "İnter" (İtaliya) - PSV (Eyndhoven, Hollandiya)

00:00. "Barselona" (İspaniya) - "Tottenhem" (İngiltərə)

Xal durumu: "Barselona" - 13, "Tottenhem" - 7, "İnter" - 7, PSV - 1.

C qrupu

00:00. "Srvena Zvezda" (Serbiya) - PSJ (Fransa)

00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya)

Xal durumu: "Napoli" - 9, PSJ - 8, "Liverpul" - 6, "Srvena Zvezda" - 4.

D qrupu

21:55. "Qalatasaray" (Türkiyə) - "Portu" (Portuqaliya)

21:55. "Şalke" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya)

Xal durumu: "Portu" - 13, "Şalke" - 8, "Qalatasaray" - 4, "Lokomotiv" - 3.

Son xəbərlər

Orphus sistemi