Çempionlar Liqasının 1/8 finalına yüksələn komandaların sayı 12-yə yüksəlib

Çempionlar Liqasının 1/8 finalına yüksələn komandaların sayı 12-yə yüksəlib "Qalatasaray" isə mübarizəni yalnız Avropa Liqasında davam etdirə bilər
Futbol
29 Noyabr , 2018 02:27
Çempionlar Liqasının 1/8 finalına yüksələn komandaların sayı 12-yə yüksəlib

Bakı. 29 noyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

"Report" xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma keçirilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Rusiyada "Lokomotiv"in qonağı olub. Meydan sahibləri 4 oyunluq məğlubiyyətin ardından qələbə qazanmağı bacarıblar - 2:0. Bu nəticə ilə hər iki komanda Çempionlar Liqasının 1/8 finalına vəsiqə şanslarını itirib. "Qalatasaray" və "Lokomotiv" son turda Avropa Liqasının 1/16 finalına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq. Qrupun digər görüşündə "Portu" Portuqaliyada Almaniya "Şalke"sinə qalib gəlsə də, hər iki klub adını 1/8 finala yazdırıb.

Günün mərkəzi qarşılaşması Fransada təşkil olunub. PSJ İngiltərə "Liverpul"u ilə görüşdə qələbəyə nail olaraq, C qrupunda intriqanı son tura saxlayıb. Qrupun digər oyununda "Napoli" İtaliyada Serbiya "Srvena Zvezda"sını məğlub edib və liderliyə yüksəlib.

Ümumiyyətlə, gecənin qarşılaşmalarından sonra Çempionlar Liqasında 1/8 finala yüksələnlərin sayı 12-yə çatıb. Bunlar İspaniyanın "Atletiko", "Barselona" və "Real Madrid", Almaniyanın "Borussiya" (Dortmund), "Şalke" və "Bavariya", İngiltərənin "Mançester Siti" və "Mançester Yunayted", İtaliyanın "Roma" və "Yuventus", Portuqaliyanın "Portu" və Hollandiyanın "Ayaks" klublarıdır. İspaniya "Valensiya"sı, Portuqaliya "Benfika"sı və Belçika "Brügge"si isə öz qruplarında 3-cü yerin sahibi kimi mübarizəni Avroliqanın 1/16 finalında davam etdirəcəklər.

Çempionlar Liqası, V tur

28 noyabr

A Qrupu

21:55. "Atletiko" (Madrid, İspaniya) - "Monako" (Fransa) - 2:0

Qollar: Koke, 2. Antuan Qrizmann, 24

Dəqiq yerinə yetirilməyən penalti: Radamel Falkao, 83 ("Monako")

Qırmızı vərəqə: Stefan Saviç, 82 ("Atletiko")

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Brügge" (Belçika) - 0:0

Xal durumu: "Atletiko" - 12, "Borussiya" - 10, "Brügge" - 5, "Monako" - 1.

B Qrupu

00:00. "Tottenhem" (İngiltərə) - "İnter" (İtaliya) - 1:0

Qol: Kristian Eriksen, 80

00:00. PSV (Eyndhoven, Hollandiya) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Lük de Yonq, 83 - Lionel Messi, 61. Jerar Pike, 70

Xal durumu: "Barselona" - 13, "Tottenhem" - 7, "İnter" - 7, PSV - 1.

C qrupu

00:00. "Napoli" (İtaliya) - "Srvena Zvezda" (Serbiya) - 3:1

Qollar: Marek Hamşik, 11. Dris Mertens, 33; 52 - El Fardu ben Nabuhan, 57

00:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə) - 2:1

Qollar: Juan Berna, 13. Neymar, 37 - Ceyms Milner, 45+2

Xal durumu: "Napoli" - 9, PSJ - 8, "Liverpul" - 6, "Srvena Zvezda" - 4.

D qrupu

21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Qalatasaray" (Türkiyə) - 2:0

Qollar: Rayan Donk, 43 (öz qapısına). Vladislav İqnatyev, 54

00:00. "Portu" (Portuqaliya) - "Şalke" (Almaniya) - 3:1

Qollar: Eder Militao, 52. Xesus Korona, 55. Mussa Mareqa, 90+4 - Nabil Bentaleb, 89

Xal durumu: "Portu" - 13, "Şalke" - 8, "Qalatasaray" - 4, "Lokomotiv" - 3.

Son xəbərlər

Orphus sistemi