Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutacaq. Bu tur bəzi klublar növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edə bilərlər.
E qrupunda İngiltərənin "Çelsi" və İspaniyanın "Sevilya", G qrupunda isə İspaniyanın "Barselona" və İtaliyanın "Yuventus" komandalarının şansları daha yüksək qiymətləndirilir.
Türkiyənin yeganə təmsilçisi "Başakşehir" isə ötən tur öz meydanında 2:1 hesabı ilə yendiyi "Mançester Yunayted" klubuna İngiltərədə qonaq olacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
IV tur
24 noyabr
E qrupu
21:55. “Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya)
21:55. “Renn” (Fransa) - “Çelsi” (İngiltərə)
Xal durumu: “Çelsi” - 7, “Sevilya” - 7, “Krasnodar” - 1, “Renn” - 1
F qrupu
00:00. “Latsio” (İtaliya) - “Zenit” (Rusiya)
00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika)
Xal durumu: “Borussiya” D - 6, “Latsio” - 5, “Brügge” - 4, “Zenit” - 1
G qrupu
00:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Barselona” (İspaniya)
00:00. “Yuventus” (İtaliya) - “Ferensvaroş” (Macarıstan)
Xal durumu: “Barselona” - 9, “Yuventus” - 6, “Dinamo” - 1, "Ferentsvaroş" - 1
H qrupu
00:00. “Mançester Yunayted” (İngilıtərə) - “Başakşəhər” (Türkiyə)
00:00. PSJ (Fransa) - “Leypsiq” (Almaniya)
Xal durumu: “Mançester Yunayted” - 6, “Leyptsiq” - 6, PSJ - 3, “Başakşehir” - 3.