Çempionlar Liqasının pley-off mərhələsinin son iki oyunu keçiriləcək

Çempionlar Liqasının pley-off mərhələsinin son iki oyunu keçiriləcək Cavab görüşləri martın 10, 11, 17 və 18-də baş tutacaq
Futbol
25 Fevral , 2015 10:39
Çempionlar Liqasının pley-off mərhələsinin son iki oyunu keçiriləcək

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin son iki oyunu keçiriləcək. "Report"un məlumatına görə, gecənin görüşləri Almaniya və İngiltərədə baş tutacaq.

"Arsenal" doğma meydanda Fransanın "Monako" klubunu qəbul edəcək. Almaniyalı hakimlər briqadasının təyinat aldığı matçda əsas söz sahibi Deniz Aytekin olacaq. "Monako" yer aldığı C qrupunu birinci, "Arsenal" isə D qrupunu 2-ci pillədə başa vurub.

Digər oyunda isə ötən mövsümdə ÇL-in finalçısı olan "Atletiko Madrid" "Bayer Leverkusen" səddini keçməyə çalışacaq. Qarşılaşma Almaniyada baş tutacaq. Çexiyalı hakimlərə həvalə olunmuş matçda Pavel Kralovets fit çalacaq. Madrid təmsilçisi A qrupunu ilk, Leverkusen klubu isə C qrupunu 2-ci pillədə tamamlayaraq pley-off mərhələsinə vəsiqə qazanıblar.

Hər iki qarşılaşma Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, bu görüşlərdən sonra pley-off mərhələsinin ilk oyunları başa çatacaq. Cavab görüşləri martın 10, 11, 17 və 18-də keçiriləcək.

25 fevral

23:45. "Arsenal" - "Monako"

23:45. "Bayer Leverkusen" - "Atletiko Madrid"

Son xəbərlər

Orphus sistemi