Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları başlayır

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları başlayır Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.
Futbol
6 İyul , 2021 08:00
Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları başlayır

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.

Günün ilk matçları Bakı vaxtı saat 20:00-da başlayacaq. Estoniya "Flora"sı Malta "Hibernians"ını, Macarıstan "Ferentsvaroş"u Kosovo "Priştina"sını, Finlandiya HİK-i isə Monteneqro "Buduçnost"unu qəbul edəcək.

Digər oyunlarda Şimali İrlandiyanın "Linfild" klubu Litva "Jalgiris"inin, Bosniya və Herseqovinanın "Borats" komandası isə Rumıniya ÇFR-inin qonağı olacaq.

Günün son görüşlərində isə “Fola Eş” (Lüksemburq) "Linkoln"la (Cəbəllütariq), "Şkendiya" (Şimali Makedoniya) isə "Mura" (Sloveniya) ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

İlk oyunlar

20:00. "Flora" (Estoniya) - “Hibernians” (Malta)

20:00. “Ferentsvaroş” (Macarıstan) - "Priştina" (Kosovo)

20:00. HİK (Helsinki, Finlandiya) - "Buduçnost" (Monteneqro)

21:00. "Jalgiris" (Litva) - “Linfild” (Şimali İrlandiya)

21:00. ÇFR (Rumıniya) - "Borats" (Bosniya və Herseqovina)

21:30. “Fola Eş” (Lüksemburq) - "Linkoln" (Cəbəllütariq)

22:00. "Şkendiya" (Şimali Makedoniya) - "Mura" (Sloveniya)

Qeyd edək ki, bu raundun digər 9 oyunu iyulun 7-də baş tutacaq. Cavab qarşılaşmaları isə 13 - 14 iyulda olacaq.

Son xəbərlər

Orphus sistemi