Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu Qalib azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq
Futbol
18 Mart , 2021 08:42
Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 cavab matçının ardından həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada İngiltərə "Mançester Siti"sindən Kevin De Bröyne, İspaniya "Real Madrid"indən Luka Modriç, Almaniya "Bavariya"sından Coşua Kimmix və İngiltərə "Çelsi"sindən N Qolo Kante iddia edir.

De Bröyne Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasını 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Modriç İtaliya "Atalanta"sına 3:1 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb və 94 faiz dəqiq ötürmə ilə oynayıb.

Kante İspaniyanın "Atletiko" (Madrid) komandasını 2:0 hesabı ilə üstələdikləri görüşdə 88 faiz dəqiq ötürmə verib. Kimmixin isə ötürmələrinin 87 faizi İtaliya "Latsio"sunu 2:1 hesabı məğlub etdikləri qarşılaşmada dəqiq alınıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi