Çempionlar Liqası: PSJ-nin finaldakı rəqibi müəyyənləşir

Çempionlar Liqası: PSJ-nin finaldakı rəqibi müəyyənləşir Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Futbol
19 Avqust , 2020 07:45
Çempionlar Liqası: PSJ-nin finaldakı rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, bununla da digər finalçının adına aydınlıq gələcək.

Həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniya "Bavariya"sı ilə Fransa "Lion"u qarşı-qarşıya gələcək.

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Joze Alvalade" stadionunda keçiriləcək oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edəcək.

Fransa klubunda malili müdafiəçi Yussuf Kone zədə səbəbindən oynaya bilməyəcək. Münhenlilərin heyətində isə itki yoxdur.

UEFA Çempionlar Liqası

Yarımfinal

23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya)

Baş hakim: Antonio Migel Mateu Laos

Portuqaliya, Lissabon.  "Eştadiu Joze Alvalade" stadionu

Qeyd edək ki, bu cütün qalibi finalda PSJ ilə qarşılaşacaq. PSJ yarımfinalda Almaniya "Leyptsiq"ini darmadağın edib - 3:0. Həlledici oyun avqustun 23-də olacaq.

Son xəbərlər

Orphus sistemi