​Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək

​Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək "Şalke" "Real Madrid"i, "Bazel" isə "Porto"nu qəbul edəcək
Futbol
127
18 Fevral , 2015 10:18
​Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək

Bakı. 18 fevral. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu bu gün keçiriləcək. "Report"un məlumatına görə, qarşılaşmalar İsveçrə və Almaniyada baş tutacaq.

"Bazel" doğma azarkeşlər önündə Portuqaliya "Portu"sunu qəbul edəcək. İsveçrə təmsilçisi qrup mərhələsində ikinci, Portuqaliya komandası isə birinci pillənin sahibi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. "Sent Yakob Park" stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi ingiltərəli Mark Klattenburq olacaq.

Bu görüşlə eyni saatda Almaniya "Şalke"si ilə İspaniya "Real Madrid"i üz-üzə gələcək. "Veltins Arena"da baş tutacaq görüş ingiltərəli Martin Atkinsona həvalə edilib. 1/8 final mərhələsinə lider kimi yüksələn Madrid klubu öz qrupunda bütün oyunlarını qələbə ilə başa vurub. "Şalke" isə yalnız qrup lideri "Çelsi"dən geri qalıb.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. İlk oyun günündə Fransa PSJ-si İngiltərənin "Çelsi" komandası ilə 1:1, Ukrayna "Şaxtyor"u isə Almaniya "Bavariya"sı ilə 0:0 hesabı ilə heç-heçə edib. 

Son xəbərlər

Orphus sistemi