Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq

Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq Komandalar reytinqindən və təmsil etdikləri ölkədən asılı olmayaraq, eyni səbətdən çıxarılacaqlar
Futbol
17 Mart , 2017 10:51
Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq. "Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

1/8 final mərhələsini İspaniyanın 3, Almaniyanın 2, İngiltərə, İtaliya və Fransanın isə hərəyə 1 komandası adlayıb. Onlar reytinqindən və təmsil etdikləri ölkədən asılı olmayaraq, eyni səbətdən çıxarılacaqlar. 

Çempionlar Liqası

1/4 final mərhələsi

"Atletiko" (İspaniya)

"Barselona" (İspaniya)

"Bavariya" (Almaniya)

"Borussiya" (Dortmund, Almaniya)

"Yuventus" (İtaliya)

"Lester" (İngiltərə)

"Monako" (Fransa)

"Real Madrid" (İspaniya)

Qeyd edək ki, püşk nəticəsində adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/4 final mərhələsinin ilk matçları 11 - 12 apreldə, cavab qarşılaşmaları isə 18 - 19 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi