Çempionlar Liqası: “Qarabağ”ın qonağı olacaq “Olimpiya”nın səfər proqramı açıqlanıb

Çempionlar Liqası: “Qarabağ”ın qonağı olacaq “Olimpiya”nın səfər proqramı açıqlanıb Sloveniya komandası Bakıya itkilərlə gələcək
Futbol
16 İyul , 2018 11:56
Çempionlar Liqası: “Qarabağ”ın qonağı olacaq “Olimpiya”nın səfər proqramı açıqlanıb

Bakı. 16 iyul. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq Sloveniyanın “Olimpiya” komandasının səfər proqramı açıqlanıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, lyublyanalılar iyulun 17-də səhər saatlarında çarter reysi ilə Bakıya yola düşəcəklər. Komanda üzvləri oyundan dərhal sonra vətənə dönəcəklər.

Baş məşqçi İliya Stolitsanın rəhbərlik etdiyi kollektivdə yeni zədələnən oyunçu yoxdur. Bərpa prosesini başa vuran ingiltərəli yarımmüdafiəçi Natan Oduva məşqlərə qoşulub. Sloveniyalı orta xətt oyunçusu Alyaj Krefli isə hələ də zədəlidir. İlk matçda qırmızı vərəqə alan Abass İssa da Bakıda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. “Qarabağ” ilk matçda 1:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi