Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
İtaliya "Atalanta"sı Portuqaliyanın Lissabon şəhərindəki "Estadio da Luş" stadionunda Fransa çempionu PSJ ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Paris təmsilçisi yarımfinala vəsiqə qazanan ilk komanda olub.
Görüşdə hesabı 27-ci dəqiqədə "Atalanta"nın heyətində Mario Paşaliç açıb. İlk hissə bu hesabla başa çatıb. 90-cı dəqiqədə Markinyos tarazlığı bərpa edib. Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Erik Şupo-Motinq PSJ-nin 2-ci qolunu vuraraq komandasına əzmkar qələbə qazandırıb.
Qeyd edək ki, PSJ yarımfinalda “Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin güclüsü ilə qarşılaşacaq.