Çempionlar Liqası: "Neftçi" və "Qalatasaray"ın səfər oyunları eyni saatda

Çempionlar Liqası: "Neftçi" və "Qalatasaray"ın səfər oyunları eyni saatda UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarının proqramı açıqlanıb.
Futbol
15 İyul , 2021 00:37
Çempionlar Liqası: Neftçi və Qalatasarayın səfər oyunları eyni saatda

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarının proqramı açıqlanıb.

"Report"un məlumatına görə, növbəti mərhələdə iki gün ərzində 10 matç gerçəkləşəcək. Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını mübarizədən kənarlaşdırmış "Neftçi" və mübarizəyə bu mərhələdən başlayacaq Türkiyənin "Qalatasaray" klublarının səfər görüşləri eyni gün və saatda başlayacaq. "Ağ-qaralar" Yunanıstanda "Olimpiakos"un, "sarı-qırmızılar" Niderlandda PSV-nin qonağı olacaq:

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

20 iyul
20:00. "Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya)

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Jalgiris" (Litva)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr)

22:30. "Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)

22:45. "Seltik" (Şotlandiya) - "Midtüllan" (Danimarka)

21 iyul

21:00. "Malmö" (İsveç) - HİK (Finlandiya)

22:00. "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan)

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Yanq Boyz" (İsveçrə)

23:00. PSV (Niderland) - "Qalatasaray" (Türkiyə)

23:00. "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan)

Qeyd edək ki, cavab oyunları 27 - 28 iyulda olacaq.

Son xəbərlər

Orphus sistemi