Çempionlar Liqası: "Neftçi"nin növbəti raunddakı potensial rəqibi bilinəcək

Çempionlar Liqası: "Neftçi"nin növbəti raunddakı potensial rəqibi bilinəcək Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
Futbol
16 İyun , 2021 07:45
Çempionlar Liqası: Neftçinin növbəti raunddakı potensial rəqibi bilinəcək

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində gerçəkləşəcək. Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkatmada Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi bəlli olacaq.

UEFA püşdən əvvəl komandaları qruplara bölüb. "Ağ qaralar" I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu mübarizədən kənarlaşdırsa, "Olimpiakos" (Yunanıstan), "Srvena Zvezda" (Serbiya) və ya "Teuta" (Albaiya) – "Şerif" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün həmçinin Türkiyənin "Qalatasaray" klubunun rəqibinin də adına aydınlıq gələcək.

Çempionlar Yolu

I Qrup

Səpələnmişlər

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya) cütü

"Yanq Boyz" (İsveçrə)

“Bude Qlimt” (Norveç) - "Legiya" (Polşa) cütü

Səpələnməmişlər

"Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya) cütü

"Flora" (Estoniya) - “Hamrun Spartans” (Malta) cütü

"Omoniya" (Kipr)

II Qrup

Səpələnmişlər

"Olimpiakos" (Yunanıstan)

"Srvena Zvezda" (Serbiya)

"Teuta" (Albaiya) – "Şerif" (Moldova) cütü

Səpələnməmişlər

"Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan) cütü

"Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan) cütü

"Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan) cütü

III Qrup

Səpələnmişlər

"Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus) cütü

“Malmö” (İsveç) - "Riqa" (Latviya) cütü

ÇFR (Rumıniya) - "Borars" (Banya-Luka, Bosniya və Herseqovina) cütü

Səpələnməmişlər

"Şkendiya" (Şimali Makedoniya) - "Mura" (Sloveniya) cütü

"Jalgiris" (Litva) - “Linfild” (Şimali İrlandiya) cütü

HİK (Helsinki, Finlandiya) - "Buduçnost" (Monteneqro) cütü

“Ferentsvaroş” (Macarıstan) - İlkin mərhələnin qalibi cütü

Qeyri-çempionlar

Səpələnmişlər

"Seltik" (Şotlandiya)

PSV (Niderland)

"Sparta" (Praqa, Çexiya)

Səpələnməmişlər

"Rapid" (Vyana, Avstriya)

"Qalatasaray" (Türkiyə)

"Midtüllan" (Danimarka)

Son xəbərlər

Orphus sistemi