"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 2 oyunu keçirilib.
Futbol
15 Sentyabr , 2022 00:56
Mançester Siti, Real Madrid və PSJ-dən qələbə, Yuventus evdə uduzub

UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.

"Report"un məlumatına görə, A qrupunda İtaliya "Napoli"si Şotlandiyada "Reyncers"i darmadağın edib.

E qrupunda "Çelsi" İngiltərə Avstriya "Zaltsburq"u ilə bacarmayıb.

F qrupunda turnirin son qalibi olan İspaniya "Real Madrid"i evdə Almaniya "Leyptsiq"inə 2 cavabsız qolla qalib gəlib.

G qrupunda İngiltərənin "Mançester Siti" klubu doğma meydanda Almaniyanın "Borussiya" (Dortmund) komandası üzərində əzmkar qələbə qazanıb. Danimarkada "Kopenhagen" və İspaniya "Sevilya"sı arasında oynanaılan matçda isə hesab açılmayıb.

H qrupunda "Yuventus" İtaliyada Portuqaliya "Benfika"sına uduzub. Fransa PSJ-si isə İsraildə Hayfa "Makkabi"sindən üstün olub.

Çempionarl Liqası

Qrup mərhələsi, II tur

14 sentyabr

A qrupu

23:00. "Reyncers" (Şotlandiya) - "Napoli" (İtaliya) - 0:3

Qollar: Matteo Politano, 68 (penalti).Cakomo Raspadori, 85. Tanqi Ndombele, 90+1

Qırmızı vərəqə: Ceyms Sends, 55 ("Reyncers")

Xal durumu: "Napoli" - 6. "Liverpul" - 3. "Ayaks" - 3. "Reyncers" - 0

E qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: Rahim Sterlinq, 48 - Noa Okafor, 75

20:45. "Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1

Qollar: Olivye Jiru, 45 (penalti). Aleksis Salemakers, 47. Tommaso Pobeqa, 77 - Mislav Orşiç, 56

Xal durumu: "Milan" - 4, "Dinamo" - 3, "Zaltsburq" - 2, "Çelsi" - 1

F qrupu

20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Seltik" (Şotlandiya) - 1:1

Qollar: Mixail Mudrik, 29 - Reo Hatate, 10

23:00. "Real Madrid" (İspaniya) - "Leyptsiq" (Almaniya) - 2:0

Qollar: Federiko Valverde, 80. Marko Asensio, 90+1

Xal durumu: "Real Madrid" - 6, "Şaxtyor" - 4, "Seltik" - 1, "Leyptsiq" - 0

G qrupu

23:00. "Kopenhagen" (Danimarka) - "Sevilya" (İspaniya) - 0:0

23:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 2:1

Qollar: Con Stounz, 80. Erlinq Holann, 84 - Cud Bellingem, 56

Xal durumu: "Mançester Siti" - 6, "Borussiya" - 3, "Kopenhagen" - 1, "Sevilya" - 1

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya) - 1:2

Qollar: Arkadiuş Milik, 4 - Joau Mariu, 43 (penalti), David Neres, 55

23:00. "Makkabi" (Hayfa, İsrail) - PSJ (Fransa) - 1:3

Qollar: Tyaronn Şeri, 24 - Lionel Messi, 37. Kilian Mbappe, 69. Neymar,

Xal durumu: PSJ - 6, "Benfika" - 6, "Yuventus" - 0, "Makkabi" - 0.

22:38

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 2 oyunu keçirilib.

"Report"un məlumatına görə, E qrupunda Azərbaycan millisinin futboçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası İtaliyada "Milan"ın qonağı olub. Görüş Zaqreb təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Meydan sahiblərindən qolları 45-ci dəqiqədə penaltidən Olivye Jiru, 47-ci dəqiqədə Aleksis Salemakers və 77 -ci dəqiqədə Tommaso Pobeqa vurublar. Qonaqlardan isə 56-cı dəqiqədə Mislav Orşiç fərqlənib. Emreli Zaqrebdə İngiltərənin "Çelsi" klubunu 1:0 hesabı ilə məğlub etdikləri ilk tur matçında olduğu kimi, bu dəfə də ehtiyatda qalıb.

Digər oyun F qrupunda Ukraynanın "Şaxtyor" (Donetsk) və Şotlandiyanın "Seltik" komandaları arasında olub. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Çempionarl Liqası

Qrup mərhələsi, II tur

14 sentyabr

E qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Zaltsburq" (Avstriya)

20:45. "Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1

Qollar: Olivye Jiru, 45 (penalti). Aleksis Salemakers, 47. Tommaso Pobeqa, 77 - Mislav Orşiç, 56

Xal durumu: "Milan" - 4 (2 oyuna), "Dinamo" - 3 (2 oyuna), "Zaltsburq" - 1, "Çelsi" - 0

F qrupu

20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Seltik" (Şotlandiya) - 1:1

Qollar: Mixail Mudrik, 29 - Reo Hatate, 10

23:00. "Real Madrid" (İspaniya) - "Leyptsiq" (Almaniya)

Xal durumu: "Şaxtyor" - 4 (2 oyuna), "Real Madrid" - 3, "Seltik" - 1 (2 oyuna), "Leyptsiq" - 0

Qeyd edək ki, II turun son 7 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi