Çempionlar Liqası: Ən çox tamaşaçı "Qarabağ"ın oyununda olub

Çempionlar Liqası: Ən çox tamaşaçı "Qarabağ"ın oyununda olub UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Futbol
7 İyul , 2022 12:29
Çempionlar Liqası: Ən çox tamaşaçı Qarabağın oyununda olub

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

"Report"un məlumatına görə, 15 oyunda ümumilikdə 104 000-ə yaxın tamaşaçı iştirak edib.

Ən çox fanat Polşada "Lex" və "Qarabağ" komandaları arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 25 118 azarkeş izləyib.

İkinci pillədə 11 830 tamaşaçı ilə "Malmö” (İsveç) - "Vikinqur" (İslandiya) matçı yer alıb. İlk "üçlüy"ü "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) görüşü tamamlayıb - 10 589.

Qeyd edək ki, "Qarabağ" ilk matçda "Lex"ə 0:1 hesabı ilə uduzub. Cavab oyunu iyulun 12-də Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi