Çempionlar Liqası: "Borussiya"dan qələbə, "Latsio" 1/8 finalda

Çempionlar Liqası: "Borussiya"dan qələbə, "Latsio" 1/8 finalda UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun 2 oyunu başa çatıb.
Futbol
8 Dekabr , 2020 23:46
Çempionlar Liqası: Borussiyadan qələbə, Latsio 1/8 finalda

UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun 2 oyunu başa çatıb.

"Report"un məlumatına görə, F qrupunda 1/8 finala vəsiqəni ötən tur təmin etmiş Almaniyanın "Borussiya" (Dortmund) klubu Rusiyada "Zenit"ə 2:1 hesabı ilə qalib gəlib. Matçda hesabı 16-cı dəqiqədə meydan sahiblərinin heyətində Sebastian Druissi açıb. 68-ci dəqiqədə Lukaş Pişşek, 79-cu dəqiqədə isə Aksel Vitselin qolları qonaqlara əzmkar qələbə qazandırıb. Bu nəticədən sonra xallarını 13-ə çatdıran Dortmund təmsilçisi növbəti mərhələyə lider kimi adlayıb. "Zenit" isə qrup mərhələsini 1 xalla sonuncu sırada başa vurub.

Digər matçda "Latsio" İtaliyada Belçika "Brügge"si ilə heç-heçə edib - 2:2. Əvvəlcə 12-ci dəqiqə Roma klubundan Xoakin Korrea fərqlənib. 3 dəqiqə sonra qonaqlar Rüd Vormerin qolu ilə tarazlığı bərpa ediblər. 27-ci dəqiqədə Çiro İmmobile "Latsio"nu yenidən önə keçirib. 39-cu dəqiqədə "Brügge"nin futbolçusu Eduard Sobol qırmızı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq, Belçika təmsilçisi 76-cı dəqiqədə yenidən hesabı bərabərləşdirə bilib. Lakin bu nəticə ilə xallarını 10-a çatdıran "Latsio" pley-offa yüksəlib. 8 xalı olan "Brügge" isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Siti" və "Liverpul", İspaniyanın "Sevilya" və "Barselona", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İtaliyanın "Yuventus" və Portuqaliyanın "Portu" klubları 1/8 finala vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi