Çempionlar Liqası: "Araz Naxçıvan" ilk görüşdə rəqibini darmadağın edib

Çempionlar Liqası: "Araz Naxçıvan" ilk görüşdə rəqibini darmadağın edib "Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib.
Futbol
21 Avqust , 2021 16:50
Çempionlar Liqası: Araz Naxçıvan ilk görüşdə rəqibini darmadağın edib

"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib.

"Report"un məlumatına görə, son ölkə çempionu F qrupundakı ilk oyununda Cəbəllütariqin "Europa" kollektivi ilə üz-üzə gəlib.

Latviyanın Salaspils şəhərində keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Araz-Naxçıvan”ın heyətində Emanuel Rodriges (3), Amir Şojaei, Xətai Bağırov, Conatas Felipe (2) və İsa Atayev fərqlənib. Bundan əlavə rəqibin oyunçusu Diaz Qalleqo avtoqol müəllifi olub.

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi